Britaniyada aviaşouda insident: Quşlar təyyarələrə qarşı - FOTOLAR

  • By admin
  • 29 Avqust 2022 20:10

Uelsdə (Britaniya) Kral Hərbi Hava Qüvvələrinin “Qırmızı Oxlar” (“RAF Red Arrow”) pilotaj komandasının hava şousunda quş dəstəsinə tuş gələn “Hawker Siddeley Hawk” təyyarəsinin füzelyajı deşilib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Məlumata görə, hadisə zamanı tamaşaçılar bərk səs eşidiblər. Bundan sonra təyyarə aerodroma qayıdıb və qrupun nümayiş uçuşu ləğv edilib.

O da bildirilir ki, pilotlar Havardenə eniş etdikdən sonra qəhrəmanlar kimi qarşılanıblar.