Britaniyanın xarici işlər naziri Rusiyaya gedir

  • By admin
  • 07 Fevral 2022 15:10

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyaya səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “The Times” qəzeti yayıb.

Trassın Moskvaya səfəri fevralın 10-u baş tutacaq. O, burada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüş zamanı Ukrayna ətrafında vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

 

 

Gununsesi.info