Finlandiya Rusiya ilə sərhəddə keçid məntəqələrinin bağlanmasını daha bir ay uzadacaq.
Gununsesi.info xəbər verir ki, Finlandiyanın baş naziri Petteri Orpo bu barədə Finlandiyanın YLE ictimai televiziyasına müsahibəsində bildirib.
Finlandiya hökumətinin başçısının sözlərinə görə, Helsinkidə olan məlumatlar belə bir qərar qəbul etmək üçün “kafidir”.
“Məndə olan məlumata görə, Rusiyada heç nə dəyişməyib. Düşünürəm ki, təhlükə riski də dəyişməyib”, – deyə siyasətçi qeyd edib.
Orpo qeyd edib ki, ölkənin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülməlidir.
Finlandiya hökumətinin başçısı bildirib ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlarını davam etdirəcəyinə dair “aydın əlamətlər və təhdidlər” mövcud olduğu müddətdə sərhəd açılmayacaq. Orpo əlavə edib ki, hökumətin sərhəd qərarı ilə bağlı qiymətləndirmələr davam edir.
Hökumətin yaxın günlərdə şərq sərhədi ilə bağlı yeni qərar verəcəyi gözlənilir.
28 noyabr 2023-cü il tarixində Helsinkinin Moskvanın “hibrid əməliyyatı” adlandırdığı qaçqınlarla bağlı Finlandiya və Rusiya arasında bir neçə həftəlik gərginlikdən sonra Finlandiya tərəfi Rusiya Federasiyası ilə quru sərhədinin müvəqqəti bağlandığını elan edib.
Orpo 14 dekabr 2023-cü il tarixindən etibarən ölkənin Rusiya ilə sərhəddəki iki keçid məntəqəsini yenidən açacağını açıqlayıb. Söhbət Vaalimaa və Niirala keçid məntəqələrindən gedir.
Daha sonra Helsinki şərq sərhədinin dekabrın 15-də yanvarın 14-dək bağlanacağını açıqlayıb.
Sərhəd postları 2023-cü il dekabrın 15-də qısa müddətə açılsa da, sonradan Finlandiya rəsmiləri miqrant axını səbəbindən sərhədin yanvarın 14-dək yenidən bağlanacağını açıqlayıb.
Gununsesi.info