Bu ölkədə qızılcadan 685 nəfər öldü

  • By admin
  • 03 Sentyabr 2022 19:39

Zimbabvedə qızılca epidemiyası indiyədək 685 nəfərin həyatına son qoyub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə ümummilli peyvənd proqramı davam etsə də, qızılcadan ölənlərin sayı son iki həftədə 2 dəfə artıb.

İndiyədək Zimbabvedə 6034 nəfər qıcılacaya yoluxub.

Ölkənin informasiya naziri Monika Mutsvanqva bildirib ki, əsasən altı aydan 15 yaşa qədər olan uşaqlar, xüsusən də peyvəndlərə inanmayan dini sektalardan olan uşaqlar xəstəliyə qarşı yoluxur.

Gununsesi.info