Dövlət Departamentindən Əli Əliyev açıqlaması

  • By admin
  • 25 İyun 2022 15:50

“Biz Azərbaycan Konstitusiyası ilə təmin edilən əsas azadlıqlardan istifadə etmək hüququnu, habelə hökumətin beynəlxalq öhdəliklərini tam dəstəkləyirik”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü mühakimə olunan müxalifət partiyasının lideri Əli Əliyevə verilən son hökmə münasibət bildirərkən deyib.

 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dünən diffamasiya ittihamı ilə üçüncü dəfə mühakimə olunub.

Dövlət Departamentinin sözçüsü deyib: “Biz hakimiyyəti siyasi partiyaların, müstəqil medianın, QHT-lərin, dini qurumların və vəkillərin üzvlərinin sərbəst fəaliyyət göstərməsinə imkan verməklə insan hüquqlarının həyata keçirilməsi üçün əlverişli mühit yaratmağa çağırırıq”.

Gülnar

Gununsesi.info