Elcan Rəsulov xəstəxanaya yerləşdirildi

  • Müəllif: ilhame
  • 13 May 2024 21:53

Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində paylaşım edib.

Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:

“Dostlar, son iki gündə telefonlara cavab verə bilmirəm, üzrlü hesab edin. Sırf səhhətimlə əlaqədardır. Yaxın günlərdə hər şey normala dönəcək”.

Gununsesi.info