İyunun 11-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, iclasın gündəliyində Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri, eləcə də Xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı, Xidmət sektorunda müəyyən edilmiş prioritet istiqamətlər və təkliflər və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
















