Elm adamlarından təkamülə baxışı dəyişdirəcək kəşf: 200 min illik Hominid məzarlığı tapıldı

  • By admin
  • 06 İyun 2023 16:04

Cənubi Afrikanın Yohanesburq şəhərində “Yüksələn Ulduz” mağarasında daha öncə qarışıq idraki davranışlar sərgiləmədiyi düşünülərn Homo Naledi-lərə aid bit məzarlığın tapıldığı iddia edilib. Bu iddialar dəlilləndirilərsə, təkamülə baxışı dəyişdirə bilər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Yohanesburq yaxınlığında dünyanın bilinən ən qədim məzarlığının kəşf edilib.

Paleontoloqlar 200 min ilik yaşı olan məzarlıqda Homo sapiens növü insan tipinin əqrabalarının həmin məzarlıqda ola biləcəyini düşünürlər.

Bu tip insanlarin qarışıq sosial davranışlar göstərməkdə aciz olduğu sanılır. Daha öncə Orta Şərq və Afrikada tapılan ən qədim qəbirlər çağdaş insan növünün qalıntılarını özündə daşıyırdı və 100 min il yaşında olduğu bildirilirdi.

İnsanlığın təkamülə baxışını dəyişdirə bilər

Elm adamları kəşflə bağlı indiki insanlarla qarşılaşdırmada kiçik beyinli Homo naledi adı verilən növün çağdaş insan tipi ilə bu qədər uzun müddət yaşamış olmasının böyük bir beynin məcburi olaraq təkamülvari bir üstünlüyə yol açacağı ehtimalına qarşı önəmli bir dəlil ola biləcəyini sanırlar.

Araşdırmalar daha öncə Homo naledi növünün qarışıq idraki və duyğusal davranışlar sərgiləyə bilməsinə dair dəlillərə çatıldığını xatırladaraq tapıntıların indiki insan təkamülü anlayışına meyxan oxuduğunu vurğulayıb.

Homo naledi buz dönəminin insansayağı tipidir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info