Ermənistanın Aİ arzusu tezliklə yox olacaq -Lavrov

  • Müəllif: Firuzə
  • 03 Sentyabr 2026 11:06

Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi tezliklə yoxa çıxacaq.

Gununsesi.info  xəbər verir ki, Rusiya mediasının xəbərinə görə, bunu xarici işlər naziri Sergey Lavrov deyib.

O, Aİ-nin iqtisadi üstünlüklərini itirdiyini bildirib.

“Serbiyalı dostlarımız, indi də burada erməni həmkarlarımız deyirlər ki, biz Avropa İttifaqına daxil olmaq istəyirik. Əminəm ki, onların bu istəyi çox tezliklə yoxa çıxacaq”, – Lavrov qeyd edib.

Gununsesi.info