Festivalda atışma: ölən və yaralananlar var

ABŞ-ın Missisipi şəhərində keçirilən festivalda atışma olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Accosiated Press” məlumat yayıb.

HTML tutorial

Məlumata görə, naməlum istiqamətdən atılan atəş nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Hinds qraflığının şerifi Tayri Jons sosial mediada bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır, lakin əlavə təfərrüatlar məlum deyil. Şerifin sözlərinə görə, kömək üçün əraziyə Missisipi Təhqiqat Bürosu çağırılıb.

Gununsesi.info