Məşhur aktyor vəfat etdi - FOTO

  • By admin
  • 01 May 2022 11:34

“Yeşilçam”ın bir çox filmlərində rol alan aktyor Kadir Kök vəfat edib.

Gununsesi.info xəbər verir ki, 83 yaşlı aktyorun ölüm xəbərini həmkarı Cüneyt Arkın verib.

“Ürəyimdən bir parça qopdu. Yaxşı dost, vəfalı əməkçi Kadir Kökün ölüm xəbərini öyrəndim. Allahdan rəhmət, ailəsinə, yaxınlarına və sevənlərinə baş sağlığı diləyirəm” – Arkın paylaşımında qeyd edib.

Yüzlərlə filmdə rol alan Kadir Kök 1939-cu il yanvarın 1-də Lüleburqaz-Kırklarelidə doğulub. “Dünyanı xilas edən adam”, “Behçet Cezair” kimi filmlərdə çəkilən aktyor tez-tez “döyülən adam” rolunu oynayıb. O, Kamal Sunalın baş rolda oynadığı “Korkusuz Korkak” filmindəki “Gerzek Hamdi” obrazı ilə tamaşaçıların yaddaşında qalıb.

Gununsesi.info