“Gəncə İş Adamları” İctimai Birliyinin idarə heyəti, üzvləri və fəxri qonaqları arasında səhər yeməyi təşkil edilib.
Tədbiri açılış nitqi ilə açan İdarə Heyətinin Sədri Zəfər Məmmədov sahibkarlar arasında belə geniş miqyaslı birgə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Birliyin məqsəd və hədəfləri, bugünə qədər həyata keçirilən tədbirlər və planlaşdırılan layihələr ilə bağlı geniş məlumat verib.
Həmçinin tədbirin fəxri qonaqları Müller İnteryer MMC-nin direktoru, Azərbaycan Respublikası Sahibkarlar ( İşəgötürənlər ) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, BSC Consultingin təsisçisi İkram Mütəllimov və Milan Hospitalın rəhbəri Xuraman Muradova çıxış ediblər. Birliyin gələcək fəaliyyətində əməkdaşlığın olduqca önəmli olduğunu və bu istiqamətdə real addım atmağa, dəstək olmağa hazır olduqlarını bildiriblər. Qeyd edək ki, görüşdə müxtəlif sahələri təmsil edən 40-a yaxın sahibkar iştirak edib. Tədbirin sonunda iştirakçılar ilə birlikdə xatirə fotosu çəkilib.
Gununsesi.info