Gəncədə güclü PARTLAYIŞ: AĞIR YARALI VAR - FOTO

  • By admin
  • 08 Aprel 2021 11:15

Gəncə şəhərində qaz sızması partlayışa səbəb olub.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Gülüstan qəsəbəsi bina 7-b, ev 53-də qeydə alınıb. İlkin məlumata əsasən partlayış nəticəsində 1987-ci il təvəllüdlü Musayeva Cəmilə Əkbər qızı ağır dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info