Gəncədə yeniyetmə naməlum səbəbdən dünyasını dəyişdi

  • By admin
  • 08 Yanvar 2023 13:55

Gəncədə kirayədə qalan yeniyetmə naməlum şəraitdə ölüb.

Gununsesi.info xəbər verir ki, 2009-cu il təvəllüdlü Qusar rayon sakini Elnur Ulubəyovun qəfil vəziyyəti pisləşib.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, artıq yolda dünyasını dəyişdiyi məlum olub. Yaxınları yeniyetmənin qızdırması olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info