Dövlət Gömrük Komitəsinin işçilərinin 3 aydan bəri gecikən əmək haqlarının ödənilməsinə baxmayaraq, hələ də Dövlət Gömrük Akademiyasının tələbələrinin təqaüdləri verilməyib.
Bu barədə Gununsesi.info-ya adıçəkilən akademiyada təhsil alan tələbələr deyib.
Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib.
“Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir”, – deyə tələbələr bildirib.
Afət Abbasova












