Goranboyda avtomobil divara çırpılıb, 5 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, rayon ərazisində avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info