Göygöldə 20 yaşlı şəxsi maşın vurdu

  • By Günel
  • 04 Avqust 2025 20:59

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 2005-ci il təvəllüdlü Ruslan Bayramov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir.

İlkin məlumata görə, hadisə R.Bayramov yolu keçmək istəyərkən baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info