Hərbi qulluqçuların minaya düşməsi faktı araşdırılır

Hərbi qulluqçuların minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır.

Gununsesi.info  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info