Hikmət Hacıyev Marek Estok ilə görüşdü

  • Müəllif: Firuzə
  • 11 İyun 2026 17:21

Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycanda səfərdədir.

Gununsesi.info  xəbər verir ki, bu barədə dövlət katibi “X” hesabında bildirib.

Marek Estok Azərbaycana səfəri çərçivəsində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

O, Hikmət Hacıyevlə Azərbaycanla Slovakiya arasında əməkdaşlıq və yeni müştərək layihələr barəsində açıq və müsbət müzakirələr apardığını qeyd edib.

Gununsesi.info