İlham Əliyev Hadrutda hərbi hissənin açılışında iştirak edib

  • By admin
  • 24 Dekabr 2021 14:52

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.

Gununsesi.info xəbər verir ki, Müzəffər Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib.

Sonra dövlətimizin başçısı, birinci xanım və oğulları təlim mərkəzi ilə tanış olub, təlim fəaliyyətini izləyiblər.

Gununsesi.info