Mübariz Mənsimov Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib

  • By admin
  • 24 Dekabr 2021 14:28

Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupunun rəhbəri Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Gununsesi.info həmin təbrik məktubunu sizə təqdim edir:

Möhtərəm cənab Prezident!

Sizi, çoxsaylı “Palmali” Şirkətlər Qrupu kollektivimizin hər bir üzvü adından 60 illik yubileyiniz münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan dövlətinin tərəqqisi və gələcək uğurları naminə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə gördüyünüz bütün işlərdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Müzəffər Ali Baş Komandan!

Azərbaycanın tarixinə qızıl hərflərlə Zəfər günlərini yazdınız. Bir azərbaycanlı olaraq bununla fəxr edir və qürurlanıram. Sizin rəhbərliyiniz altında 44 gün davam edən “Dəmir yumruq” əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il müddətində qurduğu mifləri darmadağın etdi. İşğal altında saxlanılan torpaqlarımız mənfur düşməndən azad edildi, Sizin rəhbərliyinizlə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü, xalqımız isə dəmir yumruq olub Sizin yanınızda olduğunu nümayiş etdirdi. Bu şanlı qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Siz 44 günlük Vətən müharibəsinin Zəfər çalmış sərkərdəsisiniz. Biz Sizə hər zaman inanır və güvənirik. Bu inam və güvən sarsılmazdır. Tanrı Sizi, qəhrəman ordumuzu və Azərbaycanımızı qorusun!!!

Hörmətlə,
Mübariz Mənsimov
“Palmali” Şirkətlər Qrupunun prezidenti

Gununsesi.info