İndi növbə bizə düşür - Fazil Mustafa

  • By admin
  • 07 May 2022 13:43

“Ankarada istiqlal şairimiz Əhməd Cavada gözəl bir abidə qoyuldu. Bu, Tükiyədən Azərbaycana bir qardaşlıq ərməğanıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputı Fazil Mustafa deyib.

O bildirib ki, bu addım çox gözəl davranış nümunəsidir:

“İndi növbə bizə düşür. Vaxtı deyilmi buna dəyərli bir qardaşlıq addımı ilə cavab verək? Bakıda “Azneft” meydanında Azərbaycanın xilaskarı Nuri Paşanın at belində heykəlini ucaldaq! Biz Əhməd Cavada sevindiyimiz qədər qardaşlarımız da Türkiyədə sevinərlər. Fəna olmaz, deyilmi? Şuşa Bəyannaməsinin də hər bəndinə tam uyğundur!”

Gununsesi.info