İrəvan Bakıdan artıq viza istəmir – SÜRPRİZ QƏRAR - FOTO

  • By admin
  • 08 Yanvar 2021 15:27

Ermənistanın Xarici İşlər Nazirliyinin saytında Ermənistana giriş üçün viza tələb olunmayan ölkələr sırasında Azərbaycanın da adı peyda olub.

 

Gununsesi.org-un məlumatına görə, Ermənistan XİN-in bu qərarı ermənilər arasında şok effekti yaradıb.

“Belə getsə, azərbaycanlılar “Xarı bülbül” və ya muğam festivalını Şuşada yox, ölkəmizin paytaxtında keçirəcəklər”, – ermənilər sosial şəbəkələrdə yazırlar.

 

 

Onların fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində ilk addım atıb.

Gununsesi.org