İran “Amazon”un mərkəzinə zərbə endirdi

  • Müəllif: Firuzə
  • 01 Aprel 2026 22:49

İran Bəhreyndə “Amazon Web Services” məlumat mərkəzinə zərbə endirib.

Gununsesi.info  xəbər verir ki, bu haqda “Financial Times” (FT) mənbəyə istinadən məlumat yayıb.

Hücum İslam İnqilabı Keşikçiləri Korpusunun Yaxın Şərqdə fəaliyyət göstərən Amerika şirkətlərini vurmaqla hədələməsindən bir gün sonra baş verib.

Şirkət hər hansı konkret zərbə ilə bağlı şərh verməkdən imtina edib. Lakin nəşr bildirib ki, “Amazon Web Services”in regiondakı obyektləri münaqişə zamanı dəfələrlə hücuma məruz qalıb.

Gununsesi.info