İraq bu ölkə ilə sərhəd boyunca beton divar tikir

  • Müəllif: Firuzə
  • 24 Yanvar 2026 23:27

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırmaq üzrədir.

Gununsesi.info xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah ən-Numan bildirib.

“Silahlı Qüvvələrin Baş Komandanı Suriya ilə beton divarın tikintisinin başa çatdırılması ilə bağlı göstəriş verib və hazırda işlərin 80 faizi tamamlanıb”, – Numan vurğulayıb.

Qeyd olunub ki, divar termal kameralarla təchiz olunub və bununla yanaşı, sərhədboyu tikanlı məftillər qurulub və xəndəklər qazılıb.

Gununsesi.info