ABŞr İranın dəstəklədiyi milislərə hücumlardan əvvəl “İraqın məlumatlandırıldığı” açıqlamasına görə üzr istəyib.
Gununsesi.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar koordinatoru Con Kirbi İraq və Suriyada İranın dəstəklədiyi milis qruplarının bazalarına hücumlardan əvvəl İraq hökumətini məlumatlandırdıqlarına dair açıqlamasına görə üzr istəyib.
Dünən keçirilən mətbuat konfransında Kirbi hücumlardan sonra verdiyi açıqlamalardan geri çəkilib. Kirbi etdiyi səhvə görə çox peşman olduğunu və üzr istədiyini ifadə edərək, etdiyi səhvin arxasında heç bir gizli niyyətin olmadığını vurğulayıb.
Kirbi hücumun ilk saatlarında ona verilən məlumata əsasən, “İranın dəstəklədiyi milis qruplarına hücumlardan əvvəl İraq hökumətini məlumatlandırdıqlarını” ifadə etdiyini bildirib.
Con Kirbi bildirib ki, fevralın 2-də İraq hökuməti İranın dəstəklədiyi milis qruplarının bazalarına hücumlardan əvvəl məlumatlandırılıb.
İraq hökumət sözçüsü Basım Avvadi yazılı açıqlamasında bildirib ki, “Amerika rəhbərliyi Kaim Akkaşat (Ənbar) bölgəsində təhlükəsizlik qüvvələrimizə hücum etdi. Bu düşmən hücumu mülki vətəndaşların da olduğu 16 nəfərin ölümünə və 25 nəfərin yaralanmasına səbəb olub”. Hücumun bölgədəki yaşayış məntəqələrinə və ictimai əmlaka ziyan vurduğunu bildirən Əvvadi ABŞ-ın hücumla bağlı İraq hökumətini məlumatlandırması ilə bağlı iddiaların “əsassız” olduğunu bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-ın “Tower 22” adlı bazasına 3 amerikalı əsgərin həlak olduğu və 40-dan çox əsgərin yaralandığı hücuma cavab olaraq, fevralın 2-dən etibarən İraq və Suriyadakı İran İnqilabı Keşikçiləri Korpusuna məxsus hədəflərə hava zərbələri endirib.
CENTCOM-dan verilən yazılı açıqlamada Suriya və İraqda İran İnqilab Keşikçiləri Ordusunun Qüds qüvvələri və ona bağlı milis qruplarına aid ən azı 85 hədəfin hava hücumları ilə vurulduğu bildirilib.
Gununsesi.info