İraqda komendant saatı tətbiq edilir

  • By admin
  • 29 Avqust 2022 19:07

İraqın baş naziri Mustafa əl-Kazımi paytaxt Bağdadda etiraz aksiyalarının qarşısının alınması üçün güc strukturlarının yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə tapşırıq verib.

Gununsesi.info xarici mənbələrə istinadla xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri Bağdadda yerləşən Respublika Sarayına nəzarəti bərpa edib, üsyançıları saraydan çıxarıb.

Məlumatlarda o da qeyd edilir ki, hökumət qüvvələri Əs-Sədr tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Son məlumata görə, Bakı vaxtı ilə saat 20:00-dan etibarən ölkə ərazisində komendant saatı tətbiq ediləcək.

Gununsesi.info