“Dünyanın birqütblü modeli artıq özünü bitirib” -PUTİNDƏN SENSASİON AÇIQLAMA

  • By admin
  • 29 Avqust 2022 19:10

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, dünyanın birqütblü modeli artıq özünü bitirib. Rusiya dövlət başçısının sözlərinə görə, indi onu ədalət və ölkələrin bir-birinə hörmət prinsipinə əsaslanan fərqli dünya düzəni əvəz edir.

Gununsesi.info xəbər verir ki, Rusiya lideri 7-ci Şərq İqtisadi Forumunun açılışı münasibətilə təbrikində dünya modellərinin dəyişməsi mövzusuna toxunub.

Putinin müraciətini Kremlin mətbuat xidməti dərc edib. Putin diqqəti builki görüşün əsas mövzusuna – “Çoxqütblü dünyaya aparan yol”a yönəldib. Putin vurğulayıb ki, indi bu, həqiqətən də əhəmiyyətli və çox aktual görünür.

“Köhnəlmiş təkqütblü model ədalət və bərabərlik prinsiplərinə əsaslanan, hər bir dövlətin və xalqın öz suveren inkişaf yoluna getmək hüququnu tanıyan yeni dünya nizamı ilə əvəz olunur”, – deyə Rusiya Prezidenti bildirib.

Onun fikrincə, məhz Asiya-Sakit okean regionunda bu prosesin hərəkətverici qüvvəsi kimi çıxış edən güclü siyasi və iqtisadi mərkəzlər formalaşır.

“Biz Asiya-Sakit Okean ölkələri arasında birbaşa ikitərəfli əməkdaşlığın, eləcə də onların Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı, ŞƏT, BRİKS, APEC, ASEAN kimi nüfuzlu birliklər çərçivəsində əməkdaşlığının necə sürətləndiyini məmnunluqla qeyd edirik”, – Putin bildirib.

O əlavə edib ki, Rusiya maraqlı tərəfdaşları ilə birlikdə müxtəlif formatlarda regional əməkdaşlığın yaxşılaşdırılması üçün səylər göstərməyə hazırdır.

Gununsesi.info