İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşır

İsrailin Livana endirdiyi zərbələr nəticəsində eskalasiyanın başlanmasından bəri ölənlərin sayı 486 nəfərə çatıb.

Gununsesi.info“Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun açıqlamasına görə, martın 2-dən bəri İsrailin hücumları nəticəsində 486 nəfər həyatını itirib, 1 313 nəfər isə yaralanıb.

 

Gununsesi.info