İstanbul boğazı bağlanıb

  • By admin
  • 21 Dekabr 2021 15:48

İstanbul (Bosfor) boğazında qəzaya uğrayan tankerə görə gəmilərin hərəkəti dayandırılıb.

Gununsesi.info KİV-ə istinadən xəbər verir ki, “USİCHEM” adlı günəbaxan yağı daşıyan yük gəmisi lövbəri qopduğuna görə dayandırılıb, yardıma Sahil Mühafizəsinə məxsus xilasedici katerlər göndərilib.

Sözügedən gəmi Malta bayrağı altında şimaldan cənub istiqamətində hərəkət edirdi.

Gununsesi.info