İyulda ardıcıl 4 gün İŞ OLMAYACAQ

  • By admin
  • 06 İyun 2022 13:31

Azərbaycanda gələn ayın qeyri-iş günləri açıqlanıb.

Gununsesi.info xəbər verir ki, 9, 10 iyul tarixlərində Qurban bayramı qeyd olunacaq.

Gələn ayın 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 9, 10, 11, 12 iyul 2022-ci il tarixləri qeyri-iş günü olacaq.

Gununsesi.info