Keniyada ölkənin Müdafiə Qüvvələrinin rəhbəri qəzaya uğrayıb

  • By ilhame
  • 18 Aprel 2024 19:50

Keniyada ölkənin Müdafiə Qüvvələrinin rəhbəri Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Nation” nəşri məlumat yayıb.

 

Hadisənin Qərbi Pokot rayonu sərhədində baş verdiyi bildirilib.

 

Qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Nəşr qeyd edir ki, vertolyot havaya qalxdıqdan dərhal sonra qəza edib.

Gununsesi.info