Kılıcdaroğludan küsən azərbaycanlıların nəzərinə

  • By admin
  • 08 May 2023 00:40
“Millet İttifakı”nın Prezidentliyə namizədi Kamal Kılıcdaroğlunun “Yeni İpək Yolu” layihəsi haqqında dedikləri Azərbaycanda birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Kılıcdaroğlunun təqdim etdiyi layihədə Azərbaycanın adı yoxdur.
Buna görə də Azərbaycan mediasında CHP liderinə qarşı ittihamlar yer alıb.
Siyasi şərhçi Anar Məmmədli Kamal Kılıcdaroğlunun təqdim etdiyi layihə haqqında fikirlərini bölüşüb.
Gununsesi.info həmin qeydləri təqdim edir:
1) Aşağıdakı tarixi İpək yolunun xəritəsidir. Heç vaxt tarixi və indiki Azərbaycan ərazisndən keçməyib.
2) Türkiyədə və ya bir başqa ölkədə qarşıduran tərəflərin siyasi yarışından Azərbaycan üçün vəd gözləmək milli natamamlıq kompleksinin göstəricisidir. Çünki, Azərbaycanın taleyini bu ölkənin vətəndaşları həll etməldir. Yəni “Kılıcdaroğlu niyə Azərbaycanın adını çəkmir?” kimi suallar vermək milli iradə və milli suverenlik anlayışı ilə uzlaşmır.
3) Azərbaycan iqtidarının 30 il ərzində apardığı təbliğat nəticəsində ictimai dünyagörüşü 90-cı illərdə qalan kəsim var. Onlara görə Azərbaycanın nicatı başqa ölkələrin siyasi liderlərinin iradəsinə bağlıdır. Anlaşılan olsa da köhnəlmiş və təhlükəli siyasi təfəkkürdür.
4) İmkan verin, Türkiyə zülmətdən aydınlığa qovuşsun. Yoxsa, Türkiyənin getdikcə Azərbaycana bənzəməsindən həzz alırsız?!
Günel
Gununsesi.info