Mikayıl Cabbarova daha bir qurum tabe edilir -ÖZƏL

  • By admin
  • 08 May 2023 08:00

Azərbaycan hökumətinin ən çox səlahiyyətli naziri olan Mikayıl Cabbarovun rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyinə yeni qurum birləşdiriləcək.

Gununsesi.info-nin xəbərinə görə, bu, Azərbaycan Minatəmizləmə Agentliyidir.

Bildirilir ki, Mikayıl Cabbarov Qarabağın işğaldan azad olunmasından sonra ANAMA-nı İqtisadiyyat Nazirliyinin tabeçiliyinə keçirmək üçün çalışıb.

Bu sahədə davamlı cəhdlər edən Cabbarovun istəyinə “hə” deyildiyi bildirilir.

Yaxın zamanlarda bununla bağlı Prezident fərmanının olacağı da gözlənilir.

Qeyd edək ki, Mikayıl Cabbarov 39 vəzifəyə rəhbərliyi həyata keçirir.

Şəbnəm

Gununsesi.info