Bu gün əfv olacaq - SİYAHIDA KİMLƏR VAR?

  • By admin
  • 08 May 2023 08:30

Mərhum Prezident Heydər Əliyevin 100 illiyi münasibətilə bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayacaq. 

Gununsesi.info-nun xəbərinə görə, Əfv Məsələləri Komissiyası daxil olmuş müraciətləri ötən həftə  Prezident Administrasiyasına təqdim edib.

Bildirilir ki, əfv fərmanı ümumilikdə 200 -ə yaxın şəxslərə şamil olunacaq ki, onlar arasında ömürlük cəza çəkən bəzi şəxslər də var.

Siyasi məhbusların adının siyahıya daxil edilib-edilməməsinə gəlincə, qeyd edək ki, onların adlarının son anda ölkə başçısının istəyi ilə siyahıya daxil edildiyindən bu barədə dəqiq bilgi yoxdur.

 

Afət Abbasova

Gununsesi.info