Kiyevə “Shahed”lər və “Kalibr”lərlə hücum: Ölənlər və yaralananlar var - VİDEO/FOTOLAR

  • By admin
  • 13 İyul 2023 13:39

Ötən gecə Rusiya Ukraynaya kamikadze dronları və raketləri ilə hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat xəbər verib.

Onun sözlərinə görə, Krımdan “İskəndər-M” ballistik raket, Qara dənizdən iki “Kalibr”, şimal-şərq (Kursk) və cənub-şərq (Primorsk-Axtarsk) istiqamətlərindən İran istehsalı “Shahed-136/131”lər buraxılıb.

“Nəticədə uğurlu hava hücumundan müdafiə əməliyyatımız oldu, 20 “Shahed”, həmçinin iki “Kalibr” qanadlı raketi məhv edildi. “İsgəndər-M” operativ taktiki raket kompleksindən raket buraxılışının nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – deyə o bildirib.

Qeyd olunur ki, Kiyevdə PUA-ların qalıqlarının düşməsi nəticəsində yaralananlar və ölənlər var.