“Könüllülər Koalisiyası” ölkələri onlayn görüş keçirəcək

  • Müəllif: Firuzə
  • 16 Avqust 2025 17:55

“Könüllülər Koalisiyası” ölkələri liderləri bazar günü video formatda görüş keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransa prezidentinin ofisi məlumat yayıb.

Görüş Britaniya, Fransa və Almaniya liderlərinin həmsədrliyində keçiriləcək.

Konfransda Ukraynada baş verən proseslər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.

Gununsesi.info