Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək

  • Müəllif: Firuzə
  • 16 Avqust 2025 17:35

İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək.

Gununsesi.info “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri İran Prezidentinin müşaviri Mehdi Sənaiyə istinadən məlumat yayıb.

“Prezident Pezeşkianın Ermənistana səfəri iki gün davam edəcək”, – o bildirib.

İran Prezidenti İrəvandan sonra Belarusa yollanacaq.

Müşavirin sözlərinə görə, səfərin məqsədlərindən biri qeyd olunan ölkələrlə xüsusilə işgüzar sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də sənədlərin imzalanmasıdır.

Gununsesi.info