Koronavirusu simptomsuz keçirənlər qəribə hissləri barədə danışdılar

  • By admin
  • 10 Oktyabr 2020 20:58

Gununsesi.info koronavirusu simptomsuz keçirənlər öz qəribə hissləri barədə “Moskovskiy Komsomolets”ə danışıblar.

Bildirilir ki, koronavirusun simptomsuz daşıyıcılarında xəstəliyin müəyyən əlamətləri olur, ancaq onlar buna əhəmiyyət vermirlər.

Pasiyentlər koronavirus testindən keçməzdən əvvəl özlərində əsasən əzginlik və baş ağrıları hiss etdiklərini bildiriblər.

“Diqqətlə düşünəndə xatırladım ki, diaqnoz qoyulandan beş gün əvvəl özümü çox yorğun hiss edirdim, başım ağrıyırdı, uzanmaq və ayağa qalxmamaq istəyirdim. Ancaq fikirləşdim ki, çox işlədiyim üçün özümü belə hiss edirəm”, – deyə işdə koronavirus testindən keçəndən sonra xəstəliyi barədə öyrənən Anna bildirib.

Həmçinin koronavirusu simptomsuz keçirən insanların uzunmüddətli səhhət problemləri ilə üzləşdiyi hallara da rast gəlinib.

Nəşrin digər müsahibi Svetlana yayın ortalarından özünü pis hiss etməyə başladığını deyib: mütəmadi yorğunluq hiss edib, tez-tez tərləyib və kəskin arıqlayıb. Müayinədən sonra qadında hormonlarla bağlı problem ortaya çıxıb.

“Müayinədən keçərkən mənə anticisimlə bağlı analiz vermək də təklif olundu. Məlum oldu ki IgG çox artıb. Mən nə vaxtsa koronavirusa yoluxub sağalmışammış. Həkim ehtimal etdi ki, mənim indiki halım ayaqüstü keçirdiyim xəstəliyin nəticəsidir”.

 

 

Gununsesi.info