Lənkəranda qadını maşın vurub

  • By ilhame
  • 17 Aprel 2024 20:41

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hərəkətdə olan nəqliyyat vasitəsi rayonun Boladı kənd sakini 1967 – ci il təvəllüdlü Şairə Əliməmməd qızı Xankişiyevanı vurub.

 

Ağır bədən xəsarətləri alan piyada Lənkəran Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info