Laçını əbədi torpağı sanan ermənilər indi məzarlıqdakı meyitlərini çıxarırır

  • By admin
  • 25 Avqust 2022 17:39

Ermənilər 30 il əvvəl Qarabağa, işğal etdikləri yaşayış məntəqələrinə necə soxulmuşdularsa, bu gün də eyni vəhşiliklə ərazini tərk edirlər.

Bu qədər zaman keçsə də, uzun illər ötsə də, dəyişməyən tək şey erməni xislətidir.

APA-nın Laçında olmuş çəkiliş qrupu ermənilərin 30 ildən sonra ərazini tərk edərkən törətdiyi vəhşilikləri lentə alıb.

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə qeyri-qanuni məskunlaşmış ermənilər bu gün Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və təkidi nəticəsində torpaqlarımızı tərk etmək məcburiyyətində qalıblar.

Lakin ermənilər əraziləri işğal edəndə etdikləri kimi, hər yeri söküb-dağıdıb, yandırıb çıxırlar.

Laçın şəhəri və Zabux kəndini yandırmaq cəhdinin qarşısı alınan ermənilər yol kənarındakı ərazilərə, otlaq sahələrinə, yaşıllıqlara od vurublar.

 

Gununsesi.info