Təhsil sektorunda daha bir rüsvayçı qalmaqal - VİDEO

  • By admin
  • 06 İyun 2022 14:02

Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsini icra edən Aynur Hüseynova və onun təşkilat məsələləri üzrə müavini Nigar Axundova təhsil işçilərinin iştirakı ilə oriyental rəqs düzənləyib.

Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan video görüntülərin tədris siniflərinin birində, yaxud akt zalında çəkildiyini ehtimal etməyə əsas verir. Direktor əvəzi rəqs etməsə də müavini və digər həmkarlarını sürəkli alqışlayır. Nigar Axundova isə rəqs edən xanımın sinəsinə pul qoyur.

Qeyd edək ki, Aynur Hüseynova Təhsil nazirinin keçmiş müavini, adı korrupsiya və rüşvət qalmaqallarında hallanmış Məhəbbət Əliyevanın yaxın qohumudur.

Elmar