Mətanət İsgəndərlidən keçmiş gəlini barədə SƏRT SÖZLƏR: Nankor… - VİDEO

  • By admin
  • 29 İyun 2021 11:18

“Ağlı olan qayınanasının öhdəsindən gəlir. Gələ bilməyən isə oturur kənarda. Qayınana ikinci ana deməkdir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu instaqramda paylaşdığı videoda deyib.

O, Əməkdar artist Mətanət İsgəndərli ilə video yayımlayaraq, gəlin-qayınana münasibətindən söz açıb: Müğənni isə məsələyə belə cavab verib: “Mən də qayınanayam, bir də görürsən yaxşı çıxmır, nankor olur. Hər şey qarşılıqlı olmalıdır. Bəxtdən asılıdır. Qarşına nankor adam çıxmasın”.

Qeyd edək ki, M.İsgəndərlini gəlini Canana aliment verməməkdə ittiham edib. O bildirib ki, M.İsgəndərli və oğlu Kərim nəvələrinə baxmır, onları evsiz qoyub. Kərim və Canananın 3 övladı var. Onlar boşanmaq üçün məhkəməyə müraciət ediblər.

Gununsesi.info