
Cəmi bir neçə gün əvvəl Madonna boksçu sevgilisi Coş Popperlə bir illik münasibətlərinə son qoyub.
Gununsesi.info xəbər verir ki, müğənni uzun müddət tək qalmaq istəməyib. O, yeni eşqə yelkən açıb.
Madonnanın indiki sevgilisi də boksçudur və 34 yaşındadır. 65 yaşılı sənətçinin sevgilisinin adı Riçard Reykprodur.
“Daily Mail” yazır ki, Riçard və Madonna moda sənayesindəki ortaq dostlar vasitəsilə tanış olublar və son bir neçə həftə ərzində çox yaxın olublar.