Messi 40-cı mükafatını qazandı

  • By admin
  • 02 İyun 2022 09:20

Fransa “PSJ”sinin argentinalı hücumçusu Lionel Messi karyerasında 40-cı mükafatını qazanıb.

Gununsesi.info xəbər verir ki, ötən gün “Amerika Kuboku 2021”-in qalibi ilə 2020-ci il Avropa çempionatının qalibinin qarşılaşdığı “Finalissima” oyununda Argentina millisi İtaliya millisini 3:0 hesabı ilə məğlub edib.

Hücumçu matç ərzində iki məhsuldar ötürmə ilə yadda qalıb.

İtaliya millisi isə son 5 ilin ən iri məğlubiyyətini yaşayıb. Belə ki, sonuncu dəfə “Squadra adzura” bu hesabla məğlubiyyətə 2017-ci ildə İspaniya ilə oyunda yaşayıb.

Gununsesi.info