Metropoliten rəisi əslində nə demək istəyirdi? - 28 May kimi daha 1-2 dolub-boşalan nöqtə yaratmadan, Masazıra, Binəqədiyə metro çəkmək çıxış yolu deyil

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanovun KİV-ə geniş müsahibəsi cəmiyyətdə böyük marağa səbəb olub.

O,  Prezident İlham Əliyevin fərmanı ilə “BakuBus” və Bakı taksi xidmətinin Bakı Metropoliteninin tərkibində birləşdirilməsi – metro, avtobus və tramvayın vahid nəqliyyat şəbəkəsi kimi xidməti barədə gələcək planlardan danışıb.

Yüz minlərlə insan sosial şəbəkələrdə bu müsahibə ilə bağlı müzakirələrə qoşularaq, öz razılıqlarını ifadə edib. Lakin açıqlamanın içində olan bir fikir cümlənin yarısı kəsilərək ictimaiyyətə fərqli formada təqdim olunub.

Belə ki, Vüsal Aslanovun guya Yeni Yasamal və Binəqədi istiqamətində metro xətti çəkilməməsini, insanların şəhər mərkəzinə axının qarşısının alınması məqsədi güddüyünü deyib. 

 Halbuki, Vüsal Aslanov həmin müsahibədə fikrini ifadə edərkən, gözlənilən obyektiv mənzərəni ifadə edib.

Jurnalist Teymur Əliyev  isə Gununsesi.info-ya bildirib ki, Vüsal Aslanov əsl həqiqəti dilə gətirib:

“Bakının mərkəzindəki, 60 il əvvəl tikilmiş metro şəbəkəsi çox darısqaldır. 28 mayda hər axşam stansiyaya girişdə növbə olur. Stansiyaların perronları pik saatlarında sərnişinləri tutmur. Belə bir vəziyyətdə şəhərdən kənarda yeni stansiyalar tiksək, oradan gələn axın bu stansiyalara daxil olduqda kollaps qaçılmaz olacaq. Çünki, şəhərimiz elə qurulub ki, hər şey mərkəzdədir. Hamı bura gələcək. Yəni mərkəzdə bu məsələni həll etmədən, 28 may kimi daha 1-2 dolub-boşalan nöqtə yaratmadan, Masazıra, Binəqədiyə metro çəkmək çıxış yolu deyil. Düz fikirdir, səhv ifadə olunub. Bizim də vəzifədə olan hamıdan zəhləmiz gedir deyə, alıb çomağı, döyəcləyirik”.

 

 

Elmar

Gununsesi.info