Molla rejiminin öldürmək istədiyi Daeinin “Çelsi”yə vurduğu möhtəşəm qollar - VİDEO

  • By admin
  • 14 Noyabr 2022 09:47

İranın molla rejimi dünya şöhrətli futbolçu Əli Daeiyə ölüm hökmü çıxardıb. Əslən Ərdəbildən olan Əli Məhsa Əmininin öldürülməsinə etiraz edənlərdən biridir.

İranda milyonlarla etirazçılardan biri. Amma faşist xislətli mola rejimi adi etiraza görə dünya şöhrətli futbolçuya ölüm hökmü kəsib. Bu, bütün dünyaya meydan oxumaq, insan haqlarına tüpürməkdir. Əli Daei Almaniya Bundesliqasında parlaq karyeraya sahibdir. O, Münhen nəhəngi “Bavariya”nın şərəfini qoruyub.

Böyük ehtimalla, hələ bundan sonrakı 50 il ərzində də “Bavariya”da iranlı futbolçu oynamayacaq. Əli Almaniyanın “Herta” klubunda da çıxış edib. O, “Herta”nın heyətində Çempionlar Liqasının 1999/2000 mövsümündə “Çelsi”yə qarşı oyunda meydana çıxıb. Berlin təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hər iki qolu Əli Daei vurub. Özü də necə qollar vurub.

Gununsesi.info “Herta” – “Çelsi” qarşılaşmasında Əli Daeinin möhtəşəm performasını göstərən videonu təqdim edir:

Gununsesi.info