Müharibə mayın 9-da bitəcək? - Lavrovdan AÇIQLAMA

  • By admin
  • 02 May 2022 09:21

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı əməliyyatları mayın 9-da, İkinci Dünya Müharibəsində nasistlər üzərində qələbənin ildönümündə başa çatdırmaq niyyətində olmadıqlarını söylədi.

Gununsesi.info xəbər verir ki, o bu barədə İtaliyanın “Rete 4” telekanalında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edərkən deyib.

“Rusiya Ukraynada xüsusi əməliyyatın başa çatmasını nasizm üzərində Qələbə Gününə qədər sürətləndirməyi planlaşdırmır. Əsgərlərimiz öz hərəkətlərini süni şəkildə müəyyən tarixə uyğunlaşdırmayacaqlar. Ukraynada əməliyyatın ritmi hər şeydən əvvəl mülki əhali və Rusiya hərbçiləri üçün riskin minimuma endirilməsi zərurətindən asılıdır”, – lavrov qeyd edib.

Gununsesi.info