NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir

  • By admin
  • 07 Fevral 2022 17:43

NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Xavyer Kolomina “Twitter”də qeyd edib ki, NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

“Doğrudan da yaxşı xəbərdir. NATO həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir. NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdardır. Bu, regionda sabitliyin və rifahın artmasına töhfə verəcək”, – NATO Baş katibinin xüsusi nümayəndəsi qeyd edib.

 

 

Gununsesi.info