Ərdoğan Azərbaycana səfər edəcək

  • By admin
  • 07 Fevral 2022 17:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının başqanı professor Hasan Mandalı söyləyib.

Məlumata görə, R.T.Ərdoğan Bakıda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının açılışında iştirak edəcək. Festival mayın 26-dan 29-dək keçiriləcək.

Bundan başqa, səfər çərçivəsində iki ölkə rəhbərliyi arasında görüş olacaq.

 

 

Gununsesi.info